Azərbaycan Prezidenti Əli Laricanini qəbul edib
Lent.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Əli Laricaninin ölkəmizə səfərinin uğurlu olacağını deyib və səfərin Azərbaycan-İran əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin gücləndiyini vurğulayan Prezident bu əlaqələrin iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verdiyini bildirib.
Azərbaycan ilə İran arasında bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirən dövlət başçısı siyasi sahədə əlaqələrin gücləndiyini vurğulayıb. Azərbaycan Prezidenti iqtisadi sahədə yaxşı nəticələrin əldə olunduğunu, xüsusilə nəqliyyat və enerji sektorlarında konkret layihələrin icra edildiyini və gələcəkdə bu istiqamətdə daha da fəal əməkdaşlıq etməyin zəruriliyini bildirib.
Mədəniyyət və humanitar sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu sahədə əməkdaşlığı genişləndirməyin önəmini qeyd etdi. Dövlət başçısı Azərbaycan-İran əlaqələrinin ölkələrimizlə yanaşı, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıdığını deyib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin zəruriliyini bildirib.
Əli Laricani İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Sonuncu dəfə Azərbaycana 14 il əvvəl səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq bunu Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasətin nəticəsi kimi dəyərləndirib və əldə olunan nailiyyətlərə görə dövlət başçısını təbrik edib.
İran-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu deyən Əli Laricani Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərdə yeni səhifənin açılmasında xüsusi rolunu qeyd edib. O, İranla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

511