Müsavat üzvlərinin istintaqı yekunlaşdı
İctimai Palatanın 2 aprel mitinqinə görə haqlarında cinayət işi qaldırılan Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinləri Əhəd Məmmədli və Rüfət Hacıbəylinin istintaqı yekunlaşıb.
Lent.az-ın məlumatına görə, iyunun 30-da adı çəkilən şəxslərdən əlavə aksiyada tutulan daha iki nəfərin istintaqı yekunlaşıb. Bunlar bitərəflər Elnur İsrafilov və Ülvi Quliyevdir.
Hazırda cinayət işi tanışlıq üçün müdafiə tərəfinə verilib. İşin yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndərilməsi gözlənilir.
Qeyd edək ki, iyunun 28-də 6 nəfərin işi məhkəməyə göndərilmişdi.
Xatırladaq ki, 2 aprel mitinqinə görə, 16 şəxs barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi qaldırılıb.
Anar Gəraylı

468