“İran və Azərbaycan arasında tarixi bağlar var”
01 iyul 2011 10:08 (UTC +04:00)

“İran və Azərbaycan arasında tarixi bağlar var”

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycana rəsmi səfərə gələn İran parlamentinin sədri Əli Laricani deyib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu əlaqələrin daha da möhkəmləndiyini bildirən Ə. Laricani qeyd edib ki, Bakıda keçirəcəyi görüşlərdə dövlətlərarası əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi perspektivləri müzakirə olunacaq: “Həmçinin, bir sıra regional məsələlər müzakirə ediləcək”.


Qeyd edək ki, İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin dünən Azərbaycana rəsmi səfəri başlayıb. Onun rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.


Ə. Laricani səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. “İçərişəhər”də Azərbaycan tarixinin qədim dövrlərini əks etdirən abidələrlə də tanış olacaq. İran parlamentinin sədri Gəncə şəhərinə də səfər edəcək. Gəncədə iranlı qonaq Azərbaycan Səfəvi dövlətinin başçılarından olan Şah Abbasın adını daşıyan məscidi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin məzarı olan məqbərəni ziyarət edəcək, o cümlədən şəhərlə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar