Dünya Azərbaycanlılarının III Qurultayının proqramı açıqlandı
İyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək.
Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunacaq. Qurultayda Azərbaycan Respublikasını ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edəcək.
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mənəvi həyatının bütün sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və qüdrətinin artmasını arzulayan insanlardır. Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Qurultayda Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekovun, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitayanın, Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri Kemal Yurtnacın, Moldova Respublikasının Qaqauz Yeri Başqanı cənab Mixail Formuzalın, Rusiya Federasiyası Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun, Türkiyə Respublikası Baş nazirinin müşaviri Sadettin Kılıcın, Gürcüstanın Kvemo-KArtli bölgəsinin qubernatoru David Kirkitadzenin, Türkiyə Respublikasının Kacaeli Böyük şəhər Bələdiyyəsinin başçısı İbrahim Karaosmanoğlunun, Dağıstan Respublikasının Ədliyyə naziri Azadi Rəhimovun və başqalarının iştirakı gözlənilir.
Dünya Azərbaycanlılarının III Qurultayının ertəsi günü, iyul ayının 6-da Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə gerçəkləşdirilən layihələr, gənclər siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində görülən işlər barədə ətraflı məlumat veriləcək, Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizin daha da effektiv şəkildə dəstəkləməsi yolları müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının III Qurultayına Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə kitab nəşr etdirib. Bunlar “Azərbaycan diasporuna dövlət qayğısı (elektron kitab)”, “Qurultaya hesabat”, “Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş”, “Dünya azərbaycanlılarının Həmrəylik Xartiyası”, xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların həyat və yaradıcılığından bəhs edən “Biz azərbaycanlıyıq” kataloqudur.
Dünya Azərbaycanlılarının III Qurultayında ötən qurultaydan ötən müddət ərzində görülən işlərə dair hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yollar müzakirə olunaraq müvafiq qərarlar qəbul olunacaq. Toplantıda “Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsi”, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət”, “Dünya azərbaycanlılarına Müraciət”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına Müraciət”in qəbul olunacağı gözlənilir.

683