Qarabağ Şurası toplantı keçirib
30 iyun 2011 17:35 (UTC +04:00)

Qarabağ Şurası toplantı keçirib

Lent.az-ın məlumatına görə, müzakirəolunan əsas məsələlər şura üzvlərinin Tiflisə və Londona səfərləri və Kazan görüşünün nəticələri olub.

Politoloq Eldar Namazovun sözlərinə görə, Tiflis görüşü zamanı erməni və azərbaycanlı tərəflər ötən il vətəndaş cəmiyyəti ekspertlərinin hazırladığı və mərhələli planı nəzərdə tutan deklarasiya üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Hüquq müdafiəçisi Arzu Abdullayeva deyib ki, erməniləri narahat edən əsas məqam təhlükəsizlik məsələsidir.

Londonda keçirilən konfrans barədə də məlumat verən Arzu Abdullayeva orada bir sıra konfliktoloqlarla söhbət etdiyini və onların Qarabağ münaqişəsində Avropa ölkələrinin təcrübəsindən faydalanmaq, lobbiçilik və PR işlərini gücləndirmək tövsiyəsini iştirakçılara çatdırıb.

Prezidentlərin Kazan görüşü barədə danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, bu görüşdə fövqəldövlətlərin, ələlxüsus Rusiyanın böyük ümidləri puça çıxıb: “Münaqişədə yaranan indiki vəziyyət Rusiyanın regionda mövqelərini zəiflədir, onun resursları tükənir. Ermənistan iqtisadiyyatı gündən-günə zəifləyir, Azərbaycanın resursları isə artır və bu baxımdan qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişir”.

Tədbir iştirakçıları Kazan görüşü haqda fikir mübadiləsi aparıb, burada Rusiya-Qərb qarşıdurmasını, Rusiyanın özündə hakimiyyətin bölünməsi faktorunun da son danışıqlara təsirini qeyd ediblər.

Ekspertlər münaqişədən çıxış yollarının tapılmasında vətəndaş cəmiyyətinin hökumətlərə yardımçı ola biləcəyi və başqa modelləri təqdim etmək iqtidarında olduğu vurğulayıblar. Növbəti görüşlərdə belə modellərin müzakirə edilməsi şuranın gündəliyinə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar