İKT ölkələri Xocalı faciəsini beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasına çalışacaqlar
Bu gün İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 38-ci sessiyasının son plenar iclasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) fəaliyyəti ilə bağlı qətnamə qəbul edilib.
Lent.az-ın verdiyi məlumata görə, bu qətnamə İKT-yə üzv-ölkələri, eləcə də qurumları “Xocalıya ədalət” kampaniyasına dəstək verməyə, “Xocalı qırğınını” ölkə və beynəlxalq səviyyədə “İnsanlığa qarşı cinayət” kimi tanımağa çağırır.
Qətnamədə BMT Sivilizasiyaların İttifaqı Proqramında gənclərin rolunun gücləndirilməsi işində Forumun fəaliyyətinə, xüsusilə bu ilin 9-11 aprel tarixlərində Bakı şəhərində Sivilizasiyaların İttifaqı Uğrunda Gənclər İttifaqının təsis edilməsi üzrə görülən işlərə yüksək qiymət verilib. Sənəddə DƏ-İKGF BMT Sivilizasiyaların İttifaqının gənclər sahəsində proqramların həyata keçirilməsində İKT-nin yeganə tərəfdaşı kimi qeyd edilib.
Sessiyada çıxış edən DƏ-İKGF-nin baş katibi, səfir Elşad İskəndərov DƏ-İKGF-nin müsəlman gəncliyinin inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, gənc müsəlmanların dünyada islamofobiya ilə mübarizə apаrmasından, BMT-nin sivilizasiyaların ittifaq prosesində rolundan danışıb. Sessiyada iştirak edən tədbir iştirakçılarına Forumun son beş illik fəaliyyətini əks etdirən hesabat təqdim edilib.
Sessiya çərçivəsində Elşad İskəndərov Qazaxıstanın xarici işlər naziri Erjan Qazixanov, ABŞ prezidentinin İKT məsələləri üzrə xüsusi nümayəndəsi Rəşid Hüseyn, Ağa Xan İnkиşafının Şəbəkəsinin nümayəndəsi və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl Madani ilə işgüzar görüşlər keçirib. Bu görüşlər zamanı Forumun gənclərin inkиşafı yolunda həyata keçirilməsi planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

401