“Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid”
SAM-dan Lent.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ənənəvi mediadan yeni mediaya keçidin Azərbaycana nə qazandıracağını müəyyən etməkdir.
Dəyirmi masada Azərbaycanda yeni medianın mövqeyi, onu ənənəvi mediadan fərqləndirən cəhətlər, Azərbaycanda medianın transformasiyasının ənənəvi media vasitələri üçün yaratdığı risklər, onun KİV təmsilçiləri və informasiya auditoriyası üçün müsbət və mənfi tərəfləri, Azərbaycanda yeni medianın səviyyəsi və prioritetləri, yeni media və milli təhlükəsizlik, yeni mediaya ictimai nəzarət mexanizmləri, Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında yeni media “yeni vasitə” kimi, yeni media və demokratiya, söz və fikir azadlığının yeni media ilə bağlılığı, ictimai şüurun formalaşmasında yeni medianın təsiri və sosial şəbəkələrin psixoloji aspektləri və informasiya ötürmə qabiliyyəti məsələləri müzakirə olunacaq.
Tədbirdə bu sahədə çalışan təcrübəli ekspertlər, ənənəvi və yeni media təmsilçiləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

475