Azərbaycanla bağlı məsələlər BMT Baş Assambleyası 66-cı sessiyanın gündəliyinə salınıb
30 iyun 2011 10:39 (UTC +04:00)

Azərbaycanla bağlı məsələlər BMT Baş Assambleyası 66-cı sessiyanın gündəliyinə salınıb

Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT İnformasiya Mərkəzindən məlumat veriblər.

Gündəlikdə 35 və 36-cı yerlərdə duran “GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” məsələlər 65-ci sessiya zamanı səsə qoyulmadığı üçün təşkilat tərəfindən yenidən müzakirəyə təqdim olunub. BMT nümayəndəsi bildirib ki, 66-cı sessiyada bu məsələlərlə bağlı əhəmiyyətli irəliləyiş əldə etmək üçün böyük imkan var.

BMT Baş Assambleyasının növbəti sessiyasında BMT-nin Gürcüstandakı müşahidə missiyasının maliyyələşdirilməsi məsələsi də müzakirə ediləcək.

Bundan başqa, azərbaycanlı ekspert Azad Tağızadə mühacir işçilərin və onların ailələrinin hüquqlarının müdafiə komitəsinə daxil olan 14 ekspert arasında olacaq. Bu komitə mühacir işçilərin vəziyyəti ilə bağlı hesabatı İnsan Hüquqları Şurasına təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar