Fələstin Dövləti səfirliyinin rəsmi açılışı olub - FOTO
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas iştirak edib.
Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident Mahmud Abbas səfirliyin əməkdaşları ilə görüşüb. Səfirlikdə yaradılmış şəraitlə tanış olan ali qonağa məlumat verilib ki, diplomatik nümayəndəlik beş inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Səfirlikdə ümumilikdə yeddi əməkdaş çalışır və onlar üçün lazımi iş şəraiti yaradılıb.
Baş nazirin müavini Elçin Əfəndiyev Fələstin Dövlətinin ölkəmizdə səfirliyinin açılmasını xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacağını bildirib. O, vurğulayıb ki, dövlətlərimiz arasında münasibətlərin indiki mərhələsi ikitərəfli əlaqələrin inkişafı üçün lazımi imkanlar yaradır. Azərbaycan ilə Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır.
Prezident Mahmud Abbas Bakıda Fələstin səfirliyi üçün binanın verilməsinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Fələstin Dövlətinin başçısı məhz bu amilin ölkələrimiz arasında mövcud əlaqələrin inkişafının daha bir göstəricisi olduğunu vurğulayıb.
Ölkəmizə ilk səfərindən məmnun qaldığını bildirən ali qonaq Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Xalqlarımız arasında qədim tarixi əlaqələrin mövcudluğundan danışan prezident Mahmud Abbas Azərbaycan ilə Fələstin arasında bir çox sahələrdə yeni əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Fələstin Dövlətinin başçısı gələcəkdə sosial-iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

441