“Silahlı Qüvvələrə ictimai nəzarət modelinin yaradılması və təbliği”
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Silahlı Qüvvələrə ictimai nəzarət modelinin yaradılması və təbliği” adlı layihənin icrasına başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bu gün bununla bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin ofisində mətbuat konfransı keçirilib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, layihə müasir dövrümüzün aktual məsələsi olan vətəndaş cəmiyyəti nümayəndələri ilə müvafiq dövlət orqanları arasında əməkdaşlığı təşviq etmək və Silahlı Qüvvələrdə görülən işlərə ictimaiyyətin diqqətinin artırılması missiyasını daşıyır. Layihənin hədəfi də Silahlı Qüvvələrdə şəffaflığın təmin edilməsi, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi və mahiyyət etibarilə özündə əməkdaşlıq, şəffaflığa yardım və hüquqi maarifləndirmə istiqamətlərini əks etdirən Silahlı Qüvvələrə ictimai nəzarət modelinin yaradılması və təbliğidir.
Layihənin koordinatoru olan Mikayıl Həsənli bildirib ki, layihənin ilk hesabat mərhələsi sona çatıb. Layihənin birinci mərhələsi üzrə icra planında nəzərdə tutulmuş tədbirlər icra edilib. Layihə çərçivəsində bir neçə hərbi hissəyə baş çəkilib, hərbi qulluqçuların maddi sosial məişət təminatı, onların hüquqlarının müdafiəsi işinin təşkili prosesinin müşahidə edilib. Onun sözlərinə görə, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi məqsədi ilə yaradılmış Hərbi Hüquq İnformasiya Mərkəzi yaradılıb və mərkəz Şuranın dəstəyi ilə alınmış texniki avadanlıqlarla təmin edilib. Hərbi Hüquq İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı geniş təbliğat maarifçilik işləri görülüb. Hərbi qulluqçular arasında yayılan mətbuatda davalı olaraq indiyə kimi elanlar yerləşdirilir. Mərkəzin işi haqqında hazırlanmış buklet nəşr edilib və yayılmaqdadır.
Sonda jurnalistlər mərkəzin fəaliyyəti ilə tanış olublar.

607