Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək Yüksək Səviyyəli Toplantısına qatılacaq
29 iyun 2011 17:19 (UTC +04:00)

Umud Rəhimoğlu BMT-nin Cenevrədə keçiriləcək Yüksək Səviyyəli Toplantısına qatılacaq

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və qurumun proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçiriləcək BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılacaqlar.

BAMF-ın informasiya departamentindən Lent.az-a verilən məlumata görə, “Le des Nations” sarayında təşkil olunacaq tədbirdə BAMF təmsilçisi Nik Nvolisa Minilliyin İnkişaf Məqsədləri ilə bağlı “Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi” mövzusunda çıxış edəcək.

Tədbirdə BMT-nin Baş Katibi Ban Gİ Mun, Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın baş naziri Gordon Broun, UNESCO-nun baş direktoru Irina Bokova, UNICEF – in icraçı direktoru Anthony Lake, Dünya Bankının təhsil üzrə direktoru Elizabeth King, ECOSOC- un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri iştirak və çıxış edəcəklər. Eyni zamanda Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri, Türkiyənin BMT-nin Cenvrə ofisindəki səlahiyyətli nümayəndəsi də iştirak edənlər sırasında olacaq. Dünyanın nüfuzlu universitetlərinin araşdırmaçı alimləri, müxtəlif beynəlxalq fondların rəsmiləri də yüksək səviyyəli toplantıya qatılacaqlar.

Xatırladaq ki, BAMF 2007-c ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar