Əflatun Amaşov Özbəkistanda olub
28 iyun 2011 19:50 (UTC +04:00)

Əflatun Amaşov Özbəkistanda olub

Lent.az-ın məlumatına görə, sədri Ə.Amaşov 23-26 iyun tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” mövzusunda beynəlxalq konfransına qatılıb.

MDB və Avropa ölkələrinin media sahəsində tanınmış ekspertlərinin iştirak etdiyi konfransda ölkəmiz həmçinin Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla da təmsil olunub. Tədbirdə “Demokratik və liberal islahatlara nail olmaqda KİV-in rolu və yeri”, “İnformasiya sahəsində iqtisadi mexanizmlərin inkişafı vasitəsilə KİV-in müstəqil və azad fəaliyyətinin möhkəmləndirilməsi”, “KİV-ə dövlət himayəsinin gücləndirilməsi, onların maliyyə sabitliyinin və iqtisadi azadlıqlarının təmin edilməsi” mövzularında sessiyalar keçirilib. Azərbaycan təmsilçiləri bu məsələlərlə bağlı konfransda çıxış ediblər.

MŞ sədri Ə.Amaşov Daşkənddə müxtəlif görüşlər keçirib.

Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondunda aparılan müzakirələr Mətbuat Şurası ilə bu qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə yekunlaşıb. Sənədi M.Ş sədri Ə.Amaşov və İF-nin sədri Abdulaziz Abdullaev imzalayıblar. Sənədə uyğun olaraq Azərbaycan və Özbəkistan medilası arasında çoxtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi ilə təcrübə mübadiləsinin aparılması, birgə konfrans, “dəyirmi masa” və seminarların keçirilməsi, hər iki ölkənin tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, ictimai həyatı ilə bağlı jurnalistlər arasında müxtəlif müsabiqələrin, digər birgə layihələrin təşkili, Azərbaycan mətbuatında Özbəkistan, Özbəkistan mətbuatında isə Azərbaycanla əlaqədar ən müxtəlif materialların çap olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar