Ukraynada Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin açılışı olub - FOTO
Dnepropetrovsk Vilayətinin Sarıcansk rayonunda Böyük Vətən müharibəsi zamanı Ukraynanın alman faşizmindən azad olunmasında şərəfli döyüş yolu keçən Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun abidəsinin açılışı olub.
Lent.az-ın verdiyi məlumata görə, tədbirə Dnepropetrovsk vilayətinin dövlət administrasiyası rəsmiləri, Azərbaycanın Ukraynadakı səfirliyinin, yerli hakimiyyət və diaspora nümayəndələri qatılıblar.
Tədbirdə çıxış edən Dnepropetrovsk Vilayət Radasının sədri Yevgeni Udod Böyük Vətən müharibəsi zamanı Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində Sovet İttifaqı qəhrəmanı Mikayıl Ələkbərovun keçdiyi şərəfli döyüş yolundan danışıb. Mikayıl Ələkbərov 17 yaşı olarkən 1942-ci ildə cəbhəyə könüllü yollanıb. İlk döyüş yoluna Dnepropetrovsk vilayətindən başlayan Mikayıl Ələkbərov 1 il müddətində düşmənin 14 hücumunun dəf edilməsində əsl qəhrəmanlıq şücaəti göstərib. O, 1943-cü il oktyabr ayının 14-də ağır döyüşlərdə yaralanaraq dünyasını dəyişib. Mikayıl Ələkbərov ölümündən 12 gün sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Aradan 68 il ötməsinə baxmayaraq, bu gün də Mikayıl Ələkbərovun cəsurluğunu unutmadıqlarını bildirən Rada sədri öz igidliyinə görə Ukrayna xalqının qəlbində əbədi qəhrəmanlıq təcəssümünə çevrilmiş dəyanətli Azərbaycan oğlunun xatirəsinin heç zaman unudulmayacağını vurğulayıb.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycanla Ukraynanın dövlət müstəqilliklərinin 20-ci ildönümü ərəfəsində qəhrəman oğlumuzun xatirəsinin əbədiləşdirilməsinə görə Dnepropetrovsk Vilayətinin qubernatoru Aleksandr Vilkula və Dnepropetrovsk vilayət radasının deputatı Fəxrəddin Muxtarova minnətdarlığını bildirib. O, belə bir abidənin ucaldılmasını Azərbaycanla Ukrayna arasında mövcud olan strateji dostluq əlaqələrinin bariz nümunəsi kimi dəyərləndirib.
Mərasimdə hər bir xalqın öz qəhrəman oğulları ilə tanındığını bildirən Dnepropetrovsk Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov 18 yaşında ikən canını Ukrayna xalqı uğrunda fəda etmiş qəhrəman Azərbaycan oğlunun bu gün abidəsinin ucaldılmasını xalqlarımız arasındakı sarsılmaz dostluq əlaqələrinin növbəti təntənəsi sayıb.
Rəsmi hissədən sonra Azərbaycan və Ukraynanın dövlət himnlərinin və Ukrayna əsgərlərinin yayılım atəş sədaları altında qəhrəman Azərbaycan oğlunun abidəsinin açılışı olub. Abidənin müəllifi Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur.

583