“Mən Azərbaycan haqqında nə bilirəm?”
Gənclər və İdman Nazirliyi ölkəmizin Küveyt Dövlətindəki səfirliyi ilə birlikdə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda inşa yazısı müsabiqəsi təşkil edib.
Azərbaycanın Küveytdəki səfirliyindən Lent.az-a verilən məlumata görə,
Küveyt Dövlət Universitetinin tələbələri arasında böyük maraq oyadan müsabiqədə iştirak edən gənclərin ölkəmiz haqqında məlumat, fikir, şərhləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etməsi, Xocalı soyqırımı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən inşa yazıları qiymətləndirilib.
Xüsusi fərqlənən 7 inşa yazısının müəllifləri mükafatlandırılaraq ölkəmizə səfər etmək imkanını əldə ediblər. Bu səfərlə əlaqədar bütün xərclər Gənclər və İdman Nazirliyi tərəfindən ödəniləcək. Müsabiqə qalibləri ölkəmizə səfər edərək qədim tariximiz, zəngin mədəniyyətimiz, füsunkar təbiətimizlə yaxından tanış olacaq, Azərbaycanlı həmyaşıdları ilə dostluq qurmaq imkanı əldə edəcəklər.
Gənclər və İdman Nazirliyinin ölkəmizin Küveytdəki səfirliyi ilə birlikdə keçirdiyi bu layihə dost ölkənin Təhsil Nazirliyi tərəfindən də rəğbətlə qarşılanmışdır.
Küveyt Dövlət Universitetinin rektoru Əbdüllətif Əl-Bədr bu səpkidə layihələrin əhəmiyyətli olduğunu söyləyib. O, son zamanlar Əl-Küveyt şəhərində keçirilən və ölkəmizi tanıdan tədbirlərin, o cümlədən Azərbaycan mədəniyyət günlərinin “Azərbaycan turizmi”, “Müasir Azərbaycan fotoşəkillərdə”, “Azərbaycan milli geyimləri”, “Azərbaycan əl işləri” sərgilərinin ölkə ictimaiyyəti arasında böyük maraq oyandırdığını nəzərə çatdırıb. O, bu il Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun dəvəti ilə ölkəmizə səfər edəcəyini bildirdi.
Universitetlərdəki yay tətilindən sonra səfirliyimizin təşəbbüsü ilə Küveytdəki universitetlərdə, o cümlədən Küveyt Dövlət Universitetində geniş auditoriya qarşısında ölkəmiz haqqında elmi mühazirələrin oxunması planlaşdırılır.

1063