Küveyt mətbuatı Bakıda keçirilən hərbi paraddan yazıb
İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılmasının 93-cü ildönümü və Azərbaycanın Respublikasının müstəqilliyinin 20-ci ildönümünü münasibətilə Bakıda keçirilmiş möhtəşəm hərbi parad barədə məlumatlar Küveyt kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Azərbaycanın Küveytdəki səfirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 27-də Küveytdə nəşr olunan bir sıra nüfuzlu, çoxtirajlı ərəbdilli və ingilisdilli qəzetlərdə Bakıda keçirilən hərbi parad barədə geniş məqalələr və fotoşəkillər dərc olunub.
“Kuwait Times”, “Arab Times”, “Əl-Kuveytiyyə” qəzetlərində dərc edilən məqalələrdə tədbirin ölkənin müstəqilliyindən sonra keçirdiyi ən böyük hərbi parad olduğu vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi paradda söylədiyi nitqdən sitatlar verilib, prezidentin çıxışı zamanı ordunun hərbi qüdrətinin artırılması istiqamətində görülən işlər, habelə Azərbaycanın işğal edilmiş torpaqlarını nəyin bahasına olursa olsun azad edəcəyi barədə fikirləri yer alıb.
Məqalələrdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfdən 30 min insanın həlak olduğu, Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etməsi barədə də məlumat verilib. Məqalələrdə ən son müasir silah və texnikaya malik ordumuzun işğal altındakı torpaqlarımızı geri qaytarmaq gücündə olduğu, son illər Azərbaycanın öz hərbi potensialını daha da inkişaf etdirmək məqsədilə orduya ayırdığı vəsaitin həcmini artıraraq 3,3 milyard dollara çatdığı qeyd edilib.

1009