Türkiyə parlamentində şok: Ana müxalifət and içməyəcək
28 iyun 2011 15:58 (UTC +04:00)

Türkiyə parlamentində şok: Ana müxalifət and içməyəcək

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) iclasa bir neçə saat qalmış şok qərar qəbul edib. Partiyanın Mərkəzi İdarə Heyətinin iclasında belə qərar verilib ki, CHP-dən oln millət vəkilləri parlamentin açılış iclasında iştirak etsin, lakin deputat andı içməsin. Partiyanın bu barədə qərarını sədr Kamal Kılıçdaroğlu açıqlayıb.


Qeyd edək ki, CHP-nin belə qərar verməsinə səbəb “Ergenekon” ittihamı ilə həbsdə saxlanılan CHP-nin yeni deputatları Mehmet Haberal və Mustafa Balbayın azadlığa buraxılmamasıdır.

Onu da bildirək ki, bu gün TBMM-in ilk iclasında bir CHP-li deputat and içəcək. O, Milli Məclisin ən yaşlı üzvü kimi ilk sessiyasını aparmalı olan Oqtay Əkşidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar