Pənah Hüseyn: “İstefam İctimai Palatanın güclənməsinə səbəb olacaq”
Lent.az-ın məlumatına görə, o, bu barədə qərarını İP-in iyunun 27-də keçirdiyi sessiyasında açıqlayıb. P.Hüseyn Lent.az-a açıqlamasında bildirib ki, İP KŞ-dən istefa verməsinin səbəbi qurumda rotasiya həyata keçirilməsi və KŞ-dəki yerini yeni şəxslərin tutmasıdır. O, deyib ki, ictimai Palataya yeni qüvvələrin, yeni ideyaların gəlməsi üçün KŞ-də rotasiyalar aparılmalıdır və bu addım İP-in güclənməsini şərtləndirəcək. P.Hüseynin sözlərinə görə, hər sessiyada bir və ya iki nəfərin KŞ-dəki yerini başqasına verməsi barədə təklif irəli sürüb və ilk addımı özü atıb.
KŞ-dən istefasının İP-dəki fəaliyyətinə və İP-in gücünü azaltmayacağını bildirən P.Hüseyn deyib ki, KŞ-də bəzi şəxslərin ümumiyyətlə, rotasiya xatirinə istefa verməsinin tərəfdarı deyil: “Məsələn, Müsavat başqanı isa Qəmbərin, AXCP sədri Əli Kərimlinin İP KŞ-dən istefa verməsi və yerini başqasına həvalə etməsini indiki halda tam gərəksiz hesab edirəm”.
Anar GƏRAYLI

528