İctimai Palata mitinq qərarını sonraya saxladı
Bu barədə Lent.az-a İP üzvü Pənah Hüseyn məlumat verib. O bildirib ki, sessiyaya İP Koordinasiya Şurasının üzvü Mirvari Qəhrəmanlı sədrlik edib. Sessiyanın gündəliyinə İP-ə yeni üzvlərin qəbulu, ictimai-siyasi vəziyyətin müzakirəsi və növbəti ay İP-in iş planının qəbulu məsələlərinin müzakirəsi olub.
P.Hüseyn bildirib ki, sessiyada müzakirə olunan ən önəmi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar çərçivəsində keçirilən Kazan görüşünün də nəticəsiz sonlanması və münaqişə ilə bağlı Azərbaycana bir sıra təzyiqlərin meydana çıxması fonunda bu məsələsinin bütün Azərbaycan ictimaiyyətinin müzakirəsinə çıxarılması haqqında olub. İP üzvü deyib ki, sessiyada Qarabağ münaqişəsi ilə bağlı son durumun Azərbaycan ictimaiyyətinə, ziyalılara, müxalifət nümayəndələrinə açılması və birgə müzakirə edilməsi ilə bağlı qərar qəbul edilib.
Sessiyada həmçinin İP üzvü, "Demokrat" qəzetinin baş redaktoru Mustafa Hacıbəyli iyulun 17-də mitinq keçirilməsi ilə bağlı təklif irəli sürüb. Qurumun Koordinasiya Şurası mitinqin vaxtının müzakirəsinin növbəti sessiyaya qədər təxirə salınması ilə bağlı qərar qəbul edib.
Anar GƏRAYLI

554