İslam Konfransı Təşkilatının adı dəyişdi
Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı dəyişdirilib. APA-nın xəbərinə görə, şuranın Qazaxıstanın paytaxtı Astanada keçirilən 38-ci sessiyasında qəbul olunan qərara əsasən təşkilat bundan sonra İslam Əməkdaşlıq Təşkilatı adlanacaq.
Xatırladaq ki, İslam Konfransı Təşkilatı 1969-cu il sentyabrın 25-də müsəlman ölkələri rəhbərlərinin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında yaradılıb. Hazırda qurum 1,2 milyard əhalisi olan 57 ölkəni öz sıralarında birləşdirir. Qurumun mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

670