Kanadadakı səfirimiz bu ölkənin 14 şəhərində səfərdə olub
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 17-24 iyun tarixlərində Kanadanın şimal bölgələri olan Nunavut, Yukon və Şimal-Qərb əyalətlərinə səfər edib.
Azərbaycanın Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, səfərin məqsədi Kanadanın Arktika üzrə suverenliyinə dair siyasəti, qeyd olunan bölgələrin sosial-iqtisadi inkişafı, Hindi (ingiliscə: Indian) və İnuit xalqlarının mədəniyyətləri ilə tanış olmaq və yerli hökumətlərin nümayəndələri ilə görüşlərin keçirilməsindən ibarət olub.
Səfər zamanı Fərid Şəfiyev bölgələrin neft-qaz, dağ-mədən və ekoturizm sənayesi ilə tanış olub. 8 günlük səfər çərçivəsində Fərid Şəfiyev Kanadanın şimalında yerləşən 14 şəhərə baş çəkib.
Proqram çərçivəsində Fərid Şəfiyev Kanadanın Arktik Meteoroloji Stansiyasını, dünyanın ən şimalında yerləşən İnuvik şəhərinin məscidini və katolik kilsəsini də ziyarət edib.

558