Azərbaycan Prezidenti Raşid Nurqaliyevi qəbul edib
Lent.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, həmçinin daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə sabitliyin önəmi qeyd olunaraq ölkələrimizin əlaqələrinin möhkəmlənməsinin bu işə töhfə verdiyi bildirilib. Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və ölkələrimizin müvafiq strukturları arasında birgə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
491