Bozqurdlar qurultay keçirdi
Bu barədə Lent.az-a partiyadan bildirilib. Qurultayda partiyanın 51 rayon, şəhər, həmçinin, gənclər təşkilatlarından 93 nəfər nümayəndə iştirak edib. Qurultayda qonaq qismində tanınmış ziyalılar Azərbaycan və Rusiya Yazıçılar, Jurnalistlər Birliyinin üzvü, politoloq və ictimaiyyətçi Mirkazım Seyidov, Dünya Azərbaycanlıları Gənclərinin Həmrəyliyinə Dəstək Təşkilatının prezidenti Tofiq Əlizadə iştirak edib. Həmçinin, “Yeddi Dövlət, Bir Millət” Konseyinin başqanı Azər Həsrət və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da AMDEP-in V Qurultayında iştirak edənlərdəndir.
Qurultaya partiyanın veteranı Mübariz Hümbətov sədrlik edib. Tədbirdə partiya sədri Tufan Kərim məruzə ilə çıxış edərək son üç ildə partiyanın siyasi fəaliyyətindən, partiya quruculuğu sahəsində uğur və problemlərdən danışıb. Daha sonra qurultay təşkilati məsələlərə baxıb, Tufan Kərim yenidən partiyanın sədri seçilib. Həmçinin, qurultay partiyanın 5 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyasını, 61 nəfərdən ibarət partiya Böyük Məclisini, 7 nəfərdən ibarət partiya Siyasi Şurasını seçib. Partiyanın nizamnaməsinə uyğun olaraq partiya nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi partiya Böyük Məclisinə həvalə edilib.
Qurultaydan sonra partiyanın yeni tərkibli Böyük Məclisi işə başlayıb.

1149