Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb
25 iyun 2011 19:43 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin maaşları artırılıb

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10% artırılıb. Sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar