ATƏT sədri Kazan görüşü ilə bağlı açıqlama verdi
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı açıqlama yayıb.
APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, A.Ajubalis açıqlamasında Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sülhə nail olmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb.
“Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram. Çünki bunlar baza prinsiplərini təsdiq etmək üçün şərait yaradacaq. Ümidvaram ki, qalan məsələlərin həlli üzrə iş davam etdiriləcək və bu münaqişənin həlli üçün yol açacaq” - deyə A.Ajubalis qeyd edib.
Onun sözlərinə görə, ATƏT üçtərəfli səviyyədə, Minsk Qrupu və təşkilatın sədrinin şəxsi nümayəndəsi tərəfindən reallaşdırılan səyləri dəstəkləməyə hazırdır ki, bu səylər Cənubi Qafqazda qeyri-stabilliyə və konfrontasiyaya son qoysun.
Sonda ATƏT sədri atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Mən tərəfləri Həştərxan və Soçi görüşlərində əldə olunan razılaşmalara riayət etməyə, həmçinin təmas xəttində mümkün insidentləri araşdırmağa, güc tətbiq etmə və və güc tətbiq etməklə hədələmədən vaz keçməyə çağırıram”.

463