QAT Kazan görüşünü müzakirə edib
25 iyun 2011 16:41 (UTC +04:00)

QAT Kazan görüşünü müzakirə edib

Lent.az-ın məlumatına görə, toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub.

Toplantıda qəbul olunmuş qərarda göstərilir ki, Kazan görüşünün nəticəsiz sona çatması bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirib: “Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur. QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəni başlamağı tələb edir”.

Toplantı zamanı yaxın vaxtlarda BMT qarşısında “Ermənistana sanksiyaların tətbiq olunması”, hakimiyyət qarşısında isə “Dərhal müharibə başlasın” tələbləri ilə aksiyalara başlamaq, Qarabağ döyüşçülərinin Forumunun keçirilməsi, Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ Qurultayının keçirilməsi haqda qərar qəbul edib. Tədbirlərin konkret vaxtının müəyyən edilməsi İdarə heyətinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar