Mübariz Əhmədoğlu “qurultay qalmaqalı”ndan danışdı
25 iyun 2011 12:56 (UTC +04:00)

Mübariz Əhmədoğlu “qurultay qalmaqalı”ndan danışdı

Ümumiyyətlə, belə bir hal baş verməyib. Mən qurultayda nəzərdə tutduğum çıxışımı etdim və istədiklərimi dedim”.

Bu sözləri Lent.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. O, iyunun 24-də Klassik Xalq Cəbhəsi Partiyasının qurultayında çıxışı zamanı oradan qovulması ilə bağlı yazılanlara münasibət bildirib.

Politoloq bildirib ki, qurultaydakı çıxışı zamanı sadəcə keçmiş deputat Pənah Hüseynlə aralarından kiçik bir mübahisə yaşanıb ki, bu da normal qarşılanmalıdır: “Çıxışım zamanı Pənah Hüseyn yerdən replika atdı. Təbii ki, mən də öz fikirlərimdə qaldım və çıxışda nəzərdə tutduğum məsələləri oradakı müxalifətçilərin diqqətinə çatdırdım. Bilirsiniz ki, oradakı adamların əksəriyyəti uzun illərdir qara düşüncələrlə müxalifətçiliklə məşğuldurlar. Təbii ki, elə adamlar üçün yeni fikirlərin səsləndirilməsi qıcıq yaradır. Buna görə də, mənim çıxış zamanı da zalda olanlar arasında etiraz edənlər oldu. Bütün bunlar normaldır. Çünki hər kəs öz ideyasını təbliğ edir, ona inanır.”

M.Əhmədoğlu deyib ki, qurultayda çıxışı zamanı Heydər Əliyevin tarixi fəaliyyətinə toxunarkən, zaldakılar “Elçibəy” şüarları səsləndiriblər və qısa bir gərginlik yaşanıb: “Ancaq sağ olsun Mirmahmud ağa, elə özü zalı sakitləşdirdi və mən də çıxışımı yekunlaşdırıb, kürsüdən endim. Mirmahmud ağa özü də mənim çıxışımı normal qiymətləndirdi və bunların siyasi polemikalar zamanı adi hadisələr olduğunu bildirdi”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da Lent.az-a açıqlamasında qurultaydan heç kimin qovulmadığını, sadəcə Pənah Hüseynlə Mübariz Əhmədoğlu arasında kiçik bir polemika yaşandığını bildirib. O deyib ki, M.Əhmədoğlu çıxışını normal şəkildə sonlandırıb. “Onun çıxışının etirazla qarşılanmasının özü də adi bir siyasi hadisədir”.

Qeyd edək ki, mətbuatda yazılana əsasən, Mübariz Əhmədoğlunun qurultayda çıxışı zamanı sözlərinin yarımçıq kəsildiyi və zaldan qovulduğu iddia edilirdi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar