ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi: “Azərbaycana dəstəyimizi və diqqətimizi artırmalıyıq”
ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi və prezidentliyə mümkün namizəd, səfir Con Bolton ABŞ hökumətini Azərbaycana, xüsusilə də onun Ermənistanla münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, C. Bolton Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində konqresmen Maykl Makkolun (Michael McCaul) sualına cavab verərkən bildirib ki, ABŞ-ın Azərbaycanla bağlı siyasətimizin şəkli dəyişməlidir: “Aydındır ki, Ermənistanla münaqişə bunu bir qədər çətinləşdirir, amma digər tərəfdən, fikrimcə, Azərbaycanın Qara dənizin neft və qaz ehtiyatlarına çıxışı, Bakı-Tbilisi-Ceyhan kəmərinin əhəmiyyəti və coğrafi mövqe nəzərə alınarsa, ABŞ-ın bu dondurulmuş münaqişəyə daha çox diqqət ayırmasının vacibliyi ortaya çıxar”.
C. Bolton qeyd edib ki, ABŞ Azərbaycana əhəmiyyətli dəstək və diqqət verməyə hazır olmalıdır, çünki Rusiya regiondakı nüfuzunu bərpa etmək istəyir: “Keçmiş Sovet məkanında bir sıra mühüm proseslər baş verir. Məncə, biz Rusiyanın baş naziri Vladimir Putinin hələ prezident olarkən dediyi sözləri unutmamalıyıq. Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti adlandırmışdı. Putindən fərqli olaraq, mən belə düşünürəm ki, bu hadisə 20-ci əsr üçün çox yaxşı sonluq idi, amma bütün bu münaqişələr və Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu göstərir ki, Rusiya regionda nüfuzunu geri qaytarmağa çalışır. Məhz buna görə biz Azərbaycana diqqətimizi artırmalıyıq”, - deyə C. Bolton vurğulayıb.
Komitədə dinləmələr zamanı C. Bolton Obama administrasiyasının Yaxın Şərqlə bağlı fəaliyyətini kəskin tənqid edib. O, diqqəti İran və Suriyaya yönəldərək bildirib ki, ABŞ bu iki dövlətin nüvə silahı əldə etməsinə mane olmalıdır. O, ABŞ-ın İsraillə münasibətlərdə yürütdüyü indiki siyasətlə bağlı da kəskin fikirlər səsləndirib.

436