“Qəbələ RLS-lə bağlı danışıqları gələcəkdə davam etdirə bilərik”
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro verib. O Bakıda keçirilən Azərbaycan-ABŞ təhlükəsizlik dialoqunda raket hücumundan müdafiə məsələlərinin də müzakirə olunduğunu deyib: “Xatırladım ki, biz analoji mövzuda Rusiya danışıqlar aparırıq. İndiki mərhələdə raket hücumundan müdafiə mövzusunda müzakirələr aparırıq, gələcəkdə Qəbələ RLS-lə də bağlı müzakirələrin aparılması ehtimalı da var”.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Qəbələ RLS həm yerləşdiyi mövqe, həm də Rusiyanın təhlükəsizliyinin təminatı baxımından çox mühüm obyektdir: “Digər tərəfdən Rusiya və AB, hazırda raket əleyhinə təhlükəsizliyə dair danışıqlar aparırlar. Bu gün cənab Şapiro bizi bu barədə məlumatlandırdı. Biz danışıqları davam etdirəcəyik”.
Xatırladaq ki, Qəbələ RLS-in icarəsinə dair Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti gələn il başa çatır.

378