Cənubi Amerika diplomatları ADA-nın kurslarını bitiriblər - FOTO
İlk dəfə olaraq Cənubi Amerika və Karib adalarından gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının “Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi” (“Caspain Basin Studies”) proqramı üzrə iyunun 15-25-dək təlim kurslarında iştirak ediblər.
Xarici İşlər Nazirinin Müavini, Azərbaycan Diplomatik Akademiyasının Rektoru Hafiz Paşayev kursların bitməsi münasibətilə diplomatları təbrik edərək onlara sertifikatları təqdim edib. Rektor Paşayev qonaqların dərslərlə yanaşı, Bakı və regionlarda yerləşən tarixi-mədəni mərkəzləri də ziyarət etdiklərini xatırladıb. O, Azərbaycanda müşayiət etdikləri bütün reallıqların xarici dinləyicilərin professional fəaliyyətlərinə fayda verəcəyinə ümidvar olduğunu deyib.
Təlimə Venesuela, Nikaraqua, Honduras, Boliviya, Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikası kimi 14 Cənubi Amerika və Karib adaları diplomatı qatılıb.
Tədbirin sonunda Xalq Artisti Mənsum İbrahimovun şagirdləri muğam sənətin gözəl incilərini ifa ediblər.
Xatırladaq ki, Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələr dinləyiblər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondun nümayəndələri dərslər deyiblər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçirilib.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya, Qobustana, Bibiheybət məscidi, katolik kilsə, Atəşgah məbədinə, Səngəçal terminalına və digər mədəniyyət ocaqları, muzeyləri ziyarət ediblər.
Azərbaycan Diplomatik Akademiyası Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi istiqamətində bu il daha bir neçə proqram reallaşdırmaq niyyətindədir.

457