2 aprel məhbusunun şikayəti təmin olunmadı
Lent.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin iyunun 8-də çıxardığı qərardan verilən şikayətdə Elnur İsrafilov özü də iştirak edib. Xatırladaq ki, Səbail Rayon Məhkəməsi iyunun 8-də E.İsrafilovun haqqında seçilmiş həbs qət-imkan tədbirinin müddətini iki ay daha uzatmışdı.
Xatırladaq ki, Elnur İsrafilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Anar GƏRAYLI

475