Nəqliyyat, Prokurorluq, İnformasiya əldə etmək haqqında qanunlara dəyişiklik edildi
24 iyun 2011 13:26 (UTC +04:00)

Nəqliyyat, Prokurorluq, İnformasiya əldə etmək haqqında qanunlara dəyişiklik edildi

Lent.az-ın məlumatına görə, iclasda 21 qanun layihəsi müzakirə edilərək, səsvermə nəticəsində qəbul edilib.

Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında, İcbari sığortalar haqqında, Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında”, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” müqavilələrin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında”, “Nəqliyyat haqqında”, “Prokurorluq haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, "İnformasiya əldə etmək haqqında”, “İcra haqqında”, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş”ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunları səsverməyə çıxararaq, qəbul edib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar