Gömrük Məcəlləsi qəbulolundu, “Ombudsman haqqında” qanun dəyişdi
24 iyun 2011 12:41 (UTC +04:00)

Gömrük Məcəlləsi qəbulolundu, “Ombudsman haqqında” qanun dəyişdi

İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, spiker Oqtay Əsədov sonuncu iclas olduğunu nəzərə alaraq, deputatların cari məsələlərlə bağlı çıxışlarını təxirə salması və sessiyanın günün ikinci yarısına qalmamasını istəyib.

Daha sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanılıb.

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər barədə deputatlara məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bəhs olunan qanuna bir neçə ay öncə də bir sıra dəyişikliklər edilmiş. Bu dəfəki əlavə və dəyişikliklər qanunun daha da təkmilləşdirilməsinə hesablanıb. Ardınca qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, obmudsman haqqında qanun bu il yanvarın 28-də qəbul olunmuşdu. sonuncu dəyişikliklər informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsini nəzərdə tutur.

Daha sonra Gömrük Məcəlləsi layihəsinin üçüncü oxunuşu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. O, ikinci oxunuşdan sonra komitənin iclasında bir sıra müzakirələr aparılıb. O, deputatları məcəlləyə səs verməyə dəvət edib. Səsvermə nəticəsində Gömrük Məcəlləsi layihəsi də üçüncü oxunuşdan sonra qəbul edilib.

Sessiya davam edir.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar