Obama Azərbaycan və Ermənistan prezidentlərinə müraciət etdi
24 iyun 2011 10:12 (UTC +04:00)

Obama Azərbaycan və Ermənistan prezidentlərinə müraciət etdi

Obama cümə günü Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Kazanda keçiriləcək Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşündə tərəfləri kompromisə getməyə çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Obama prezident Əliyevə və Sarkisyana zəng edərək münaqişənin həllini tapmaq üçün səy göstərməyə çağırıb.

O, hər iki dövlətin liderlərini Kazanda prezident Medvedevin iştirakı ilə keçiriləcək görüşdə razılaşdırmaları yekunlaşdırmağa və münaqişənin həlli ilə bağlı baza sənədi imzalamağa çağırıb. Əsas prinsiplər razılaşdırılandan sonra tərəflər gücdən istifadə etməmək, ərazi bütövlüyünə riayət etmək və insanların bərabər qaydada öz müqəddəratını təyinetmə hüquqlarını tanımaq kimi öhdəliklərin əsasında münaqişənin yekun sənədinin müzakirəsinə başlamasına imkan yaranacaq.
Qarabağ münaqişənin həllinin vaxtının çatdığını bəyan edən Obama bildirib ki Azərbaycan, Ermənistan, Dağlıq Qarabağda yaşayan insanlara və onların övladlarına daha yaxşı gələcək üçün ümid verilməlidir. Birləşmiş Ştatlar regionda təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə münaqişənin hər iki tərəfini və Minsk qrupunun həmsədrlərini dəstəkləməkdə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar