Azadlıq meydanını 1000-dən artıq polis qoruyacaq
23 iyun 2011 16:22 (UTC +04:00)

Azadlıq meydanını 1000-dən artıq polis qoruyacaq

Hərbi Paradla əlaqədar Bakı şəhər Baş Polis İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illik yubileyi münasibəti ilə Bakıda keçiriləcək hərbi nümayişlə bağlı Bakı şəhər Baş Polis İdarəsində tədbirlər planı hazırlanıb. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də tədbirlər planını təsdiq edib.


Tədbirlər planına əsasən, hərbi paradda təhlükəsizliyin təmin edilməsinə Bakı şəhər Baş Polis İdarəsinin 1000 nəfərdən çox şəxsi heyəti cəlb olunacaq. 3 gün ərzində təbir keçiriləcək ərazinin təhlükəsizliyinə qoruyacaq şəxsi heyətə əsasən hərbi nümayiş keçiriləcək əraziyə cəlb olunacaq.

İyunun 26-sı günorta saatlarından sonra isə qoyulmuş məhdudiyyətlər tədricən aradan qaldırılacaq.


Nizm RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar