Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlandı
23 iyun 2011 14:45 (UTC +04:00)

Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlandı

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Ali Seçki Qurumunun yekun nəticələrə dair qərarı Rəsmi Qəzetdə yayımlanıb. Bu nəticələrə görə, iyunun 12-də keçirilən seçkilərdə 43 milyon 914 min 948 seçici səs verib. Seçkidə iştirak faizi 83,16 olub. Səslərin 973 min 185-i etibarsız sayılıb. Ədalət və İnkişaf Partiyası səslərin 49,83 faizini alıb. Cümhuriyyət Xalq Partiyasının səs faizi 25,98, Milliyyətçi Hərəkat Partiyasının səs faizi isə 13,01 olub. Müstəqillər isə 6,75 faiz səs toplayıb.

Rəsmi rəqəmlərə görə, TBMM-dəki 550 yerin 327-si Ədalət və İnkişaf Partiyasının, 135-i Cümhuriyyət Xalq Partiyasının, 53-ü Milliyyətçi Hərəkat Partiyasının, 35-i müstəqillərin payına düşüb. TBMM Nizamnaməsinə görə, rəsmi nəticələr TRT-də elan edildikdən sonra beşinci gün parlamentin ilk toplantısı keçirilir. Buna görə, iyunun 28-də saat 15:00-da TBMM-in yeni tərkibdə ilk iclası keçiriləcək və millət vəkilləri and içərək vəzifələrinin icrasına başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar