Rusiya XİN-i prezidentlərin Kazan görüşü ilə bağlı bəyanat yayıb
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, sabah Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşü keçiriləcək: “Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən mərhələnin keçilməsi xarakteri daşıyacağı gözlənilir. Gözləyirik ki, Bakı və İrəvan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının Doviıl bəyanatına konstruktiv münasibət bildirəcəklər. Rusiya, ABŞ və Fransa prezidentləri bu bəyanatda Azərbaycan və Ermənistan liderlərini siyasi iradə nümayiş etdirməyə və Kazan sammitinin gedişində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin layihəsini müzakirə etdirməyi başa çatdırmağa çağırıblar. Kazanda müzakirə olunacaq sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün məhsuludur və irəliyə addım atmaq və hamı tərəfindən qəbul edilən Sülh Sazişi hazırlamaq üçün real əsas yaradır. Ümidvarıq ki, tərəflər sülh, regionun inkişafı və çiçəklənməsi naminə bu əsasa söykənərək razılığa gələcəklər”.
564