Leysan xarakterli yağışlar davam edəcək
Yaxın iki gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havaların qeyri-sabit keçməsi və leysan xarakterli yağışların yağması Aralıq dəniz siklonunun Azərbaycan ərazisindən keçməsi ilə əlaqədardır.
A. Verdiyevin sözlərinə görə, iki gün ərzində ölkənin bütün bölgələrində yağış yağacağı proqnozlaşdırılır: “İyunun 25-də isə əsasən şərq rayonlarında leysan xarakterli intensiv yağışlar yağacaq. Nəticədə Böyük Qafqaz dağlarının əksər çaylarında, Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz bölgəsinin çaylarında sel və daşqınlar olacağı gözlənilir”.
A. Verdiyev qeyd edib ki, iyunun 25-dən başlayaraq ölkə ərazisində gündüz saatlarından başlayaraq yağıntılar tədricən azalmağa başlayacaq. Ayın 26-da isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

487