Qənirə Paşayeva: “Bizdə ermənifobiya olsaydı, aramızda 30 minə yaxın erməni yaşamazdı”
23 iyun 2011 11:18 (UTC +04:00)

Qənirə Paşayeva: “Bizdə ermənifobiya olsaydı, aramızda 30 minə yaxın erməni yaşamazdı”

“Ermənistan prezidenti Serj Sərkisyanın Avropa Şurasının prinsiplərinin əleyhinə verdiyi ciddi açıqlamalara biganə qalınmamalıdır”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının üçüncü iş günündə Azərbaycan AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva “Parlament Assambleyasında islahatlar” adlı məruzə ətrafında çıxışı zamanı söyləyib.
Qənirə Paşayeva Azərbaycanın Avropa Şurasında aparılan islahatları dəstəklədiyini və qəbul edilən qərarların yerinə yetirilməsinə nəzarət etmək üçün qüvvədə olan nəzarət mexanizmlərini gücləndirilməsinin vacib olduğun qeyd edib. Millət vəkili AŞ PA-nın 1416 saylı qətnaməsinin qəbulundan 6 il keçdiyini, buna baxmayaraq, Ermənistanın bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində bir addım belə atmadığını xatırladıb: Bu gün AŞ PA-da Ermənistan prezidentini dinlədiniz. O, bk qətnamənin nə vaxt yerinə yetirəcəklərinə dair heç bir açıqlama vermədi. Əksinə, AŞ-nin qəbul etdiyi qərarlara zidd olaraq, açıqlamalar verdi. Məsələn, Dağlıq Qarabağ üzrə Alt Komitə AŞ PA Bürosu tərəfindən yaradılıb. Amma Ermənistan nümayəndələri bu Komitənin işində iştirak etməkdən imtina edirlər. Serj Sarkisyan bu gün Assambleyanın əleyhinə olan bu addımı dəstəklədi. Bununla da, AŞ-nin qəbul etdiyi qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirdi. AŞ buna laqeyd qalmamalı və qəbul etdiyi qərarların tətbiqi üçün ciddi təsir mexanizmlərinə əl atmalıdır”.
Qənirə Paşayeva Ermənistan prezidentinin münaqişənin tənzimlənməsi yönəlmiş açıqlamalar vermədiyinə də diqqət çəkib. O, Serj Sərkisyanın Azərbaycanda irqçilik və ermənifobiya olması barədə söylədiklərini də absurd adlandırıb: “Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Əgər bu belə olsaydı, bu gün bizim aramızda 30 minə yaxın erməni yaşamazdı. Amma siz Ermənistana gedəndə soruşun ki, orada sizə bir azərbaycanlı göstərsinlər. Onlar bunu göstərə bilməyəcəklər. Bu torpaqlarda yaşayan 100 minlərlə Azərbaycanlıların taleyi nə oldu ? Əksinə, onlarda azərbaycanlı fobiyası var. Ermənistan prezidenti AŞ prinsipləri əleyhinə də bir sıra ciddi açıqlamalar verdi, buna qarşı sərt mövqe nümayiş olunmalıdır. Ermənistan prezidentinin verdiyi açıqlamalar münaqişənin həllinə mənfi təsir edən açıqlamalardır. Avropa Şurası öz dəyər və prinsiplərini, öz qərar və qətnamələrinin yerinə yetirilməsini müdafiə etməli və bu cür çıxışlara qarşı öz səsini ucaltmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar