Qənirə Paşayeva AŞ PA-da çıxış edib
Lent.az-ın məlumatına görə, AŞ PA-dakı çıxışında qaçqınlarla bağlı məsələyə toxunan deputat deyib ki, Azərbaycan sığınacaq axtaran insanlarla əlaqədar problemlərlə üzləşmiş ölkələri çox yaxşı anlayır. O bildirib ki, Azərbaycan bu sarıdan Avropa Şurasına daxil olan ölkələr arasında ən problemli ölkədir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün durumuna düşdüyünü vurğulayan Q.Paşayeva AŞ PA deputatlarına müraciət edərək deyib ki, iyunun 23-də Assambleyada çıxış edəcək Ermənistan prezidentindən bu qaçqınların öz evinə dönməsinə imkan verməsini, AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini tələb edəcəklərinə ümid edir.
Şimali Afrika, Liviya, Yaxın Şərq və Suriyadan Avropaya sığınan qaçqınlarla bağlı problemin öz həllini tapması, bu köçün dayandırılması üçün Avropa Şurası və üzv ölkələrin bu bölgələrin tez bir zamanda sabitliyə qovuşması üçün səylərini daha da gücləndirməli olduğunu diqqətə çatdıran deputat, əks halda, öz ölkəsindən qaçaraq Avropa ölkələrində qaçqın həyatı yaşayan insanların sayının daha da artacağını və hər kəsin dəhşətli insan faciələrinin məsuliyyətini daşımalı olacağını bəyan edib.

617