“BMT işğal altındakı ərazilərdə narkotiklərlə bağlı monitorinq keçirmək istəyir”
22 iyun 2011 11:31 (UTC +04:00)

“BMT işğal altındakı ərazilərdə narkotiklərlə bağlı monitorinq keçirmək istəyir”

“Narkotiklərin daşınmasında Azərbaycan da tranzit ölkə kimi istifadə olunur. Azərbaycan ərazilərindən əsasən 4 marşrut üzrə istifadə edilir: Əfqanıstan - Pakistan - İran - Azərbaycan, Əfqanıstan - İran - Azərbaycan, Əfqanıstan - Orta Asiya - İran – Azərbaycan və Əfqanıstan - İran - Dağlıq Qarabağ”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Baş nazirin müavini bildirib ki, BMT-nin hesabatlarında birinci üç marşrut qeyd olunur: “Biz məsələ qaldırmışıq ki, dördüncü marşrut da BMT-nin hesabatında qeyd olunsun. Lakin onlar bunu hesabata salmayıblar. Ümumiyyətlə, Dağlıq Qarabağda narkotiklərin becərilməsi və həmin ərazidən tranzit kimi istifadə olunmasının BMT hesabatlarına salınmasına cəhd etsək də, buna maraq göstərilmir. Çünki erməni diasporunun bu məsləyə böyük təsiri var”.


Baş nazirin müavini onu da deyib ki, BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istədə də, Ermənistan buna qarşı çıxıb.


Ə. Həsənov deyib ki, İran vasitəsilə Dağlıq Qarabağa daxil olan narkotiklərin böyük hissəsi Rusiyaya və digər ölkələr daşınır, bir hissəsi isə istifadə üçün özlərində qalır: “Azərbaycanda bu problemlə məşğul olmaq üçün kifayət qədər tədbirlər görülür. 2010-cu ildə 2 tona qədər narkotik vasitə Daxili İşlər Nazirliyi, 1 ton 200 kiloqrama qədər Milli Təhlükəsizlik Nazirliyi, 359 kiloqram Dövlət Sərhəd Xidməti, 300 kiloqrama qədər Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunub. 350 ton isə təbii yolla bitən narkotik vasitə aşkar olunaraq məhv edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar