Müsavat Məclisinin növbəti sessiyası iyunun 26-da olacaq
Partiyadan Lent.az-a daxil olan məlumata görə, toplantıda əvvəlcə başqan İsa Qəmbər Avropa Parlamentinin deputatları ilə görüş haqqında Divan üzvlərini məlumatlandırıb.
Divan xarici ölkə diplomatlarının İctimai Palatanın təmsilçiləri ilə görüşündən sonra keçən qısa müddət ərzində İsveçin xarici işlər naziri Karl Bildtin, ABŞ dövlət katibinin müavini Tomas Melianın və Avropa Parlamentinin deputatlarının müxalifət nümayəndələri ilə görüşünü yüksək qiymətləndirib, bunu beynəlxalq birliyin İctimai Palataya və Müsavat Partiyasına diqqəti kimi dəyərləndirib.
Ardınca Məclisin növbəti sessiyası haqqında müzakirələr aparılıb. Məclisin növbəti sessiyasının iyunun 26-da saat 11:00-da partiyanın mərkəzi qərargahında başlaması qərarlaşdırılıb.
“Müsavat-100” yubiley tədbirləri çərçivəsində mərhum prezident Əbülfəz Elçibəyin doğum günündə - 24 iyunda “Elçibəy və müsavatçılıq” mövzusunda keçiriləcək konfrans haqqında məlumatlar dinlənilib. Həmin gün saat 12:00-da Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət ediləcək. Saat 14:00-da isə Müsavat Partiyasının qərargahında konfrans başlayacaq.
Divan İctimai Palatanın iyunun 19-da keçirdiyi etiraz aksiyasını da müzakirə edib. Mitinqlərdə polis zorakılığına son qoyulmasını və həbs edilənlərin azadlığa buraxılması tələb edilib.
Nemət Pənahlının 6 illik azadlıqdan məhrum edilməsinə də toxunulan topalntıda onun siyasi məhbus olduğu bildirilib və azadlığa buraxılması tələb edilib.
Sonda cari məsələlərə baxılıb.

514