Binəqədidə Qurtuluş Günü qeyd edilib - FOTO
14 iyun 2011 17:58 (UTC +04:00)

Binəqədidə Qurtuluş Günü qeyd edilib - FOTO

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bu gün Binəqədi RİH-də 15 iyun – Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.



Bu barədə Lent.az-a RİH İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. RİH başçısının müavini Eldar Ağayev 15 iyun – Milli Qurtuluş Gününün müasir tariximizin ən şanlı səhifəsi olduğunu və 1997-ci ilin iyunun 27-də Milli Məclis tərəfindən 15 iyuna milli bayram statusunun verilməsi ilə bağlı qərar qəbul edildiyini diqqətə çatdırıb.



Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Budaq Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov və siyasi icmalçı, politoloq Yasin Qaraməmmədli də çıxış ediblər.


Sonda Gənclər və İdman İdarəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar