Müsavat Partiyasının rayon təşkilatlarına yeni sədrlər təyin edildi
Partiyadan Lent.az-a daxil olan məlumata görə, gündəliyin partiyadaxili məsələ bölümündə Xətai rayon təşkilatında keçirilmiş konfrans və Yasamal rayon təşkilatında keçirilmiş ümumi yığıncaq haqqında məlumat verilib. “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacılının Xətai rayon təşkilatının, biologiya elmlər namizədi Sevinc Hüseynovanın isə Yasamal rayon təşkilatının sədri seçildikləri bildirilib.
Ardınca İctimai Palatanın iyunun 19-a təyin etdiyi mitinqə hazırlığın gedişi müzakirə edilib. Partiya strukturlarında bu yöndə aparılan iş haqqında məlumat dinlənilib, gələcək işlərlə bağlı konkret qərarlar qəbul edilib.
“Müsavat - 100” tədbirləri çərçivəsində Əbülfəz Elçibəyin doğum günündə - iyunun 24-də “Əbülfəz Elçibəy və müsavatçılıq” mövzusunda keçiriləcək konfransa hazırlıq haqqında da müzakirə aparılıb. Yaradılmış Təşkilat Komitəsi konfransla bağlı görüləcək işlər planını təqdim edib.
Partiyanın Məclisinin növbəti sessiyasının keçirilmə vaxtı ilə bağlı ilkin müzakirə aparılıb və 26 iyun 2011-ci il tarixin münasibliyi haqqında razılığa gəlinib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsasən, Türkiyədə keçirilmiş parlament seçkiləri haqqında fikir mübadiləsi aparılıb. Divan azad və ədalətli seçkilərə görə Türkiyə xalqını təbrik edib və onun Azərbaycan üçün gözəl nümunə olduğu qeyd edilib.
Daha sonra başqan İsa Qəmbər iyunun 10-da Müsavat Partiyasının qərargahında xarici diplomatların İctimai Palata rəhbərliyi ilə keçirdiyi görüş haqqında Divan üzvlərinə məlumat verib və sualları cavablandırıb.
Divan üzvü Osman Kazımın Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını və hazırda bununla bağlı keçirilən müzakirə prosesinə münasibət bildirilib. Qeyd edilib ki, Osman Kazımın vəkillikdən uzaqlaşdırılması və məhkəmənin əsassız olaraq uzadılması, onun siyasi fəaliyyəti ilə bağlıdır. Divan iqtidarın bu qanunsuz hərəkətinə kəskin etiraz edib və bunu başqa vəkillər üçün pis presedentə çevriləcəyindən narahatlığını ifadə edib.
Sonda cari məsələlərə baxılıb.

492