Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının rəhbəri ilə görüşüb - FOTO
10 iyun 2011 11:29 (UTC +04:00)

Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının rəhbəri ilə görüşüb - FOTO

Görüş və fikir mübadiləsi zamanı millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türklərinin Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə məlumatlar verib.

Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da partiya rəhbərinin diqqətinə çatdırıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Hərəkat Partiyasının öz səylərini daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva Adnan Kahilə Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiyini deyən partiya sədri Adnan Kahil böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində partiyasının səylərini bundan sonra daha da artıracaqlarını bildirib. O, həmçinin Azərbaycanın da Makedoniya və xüsusilə Makedoniyadakı türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar