Pakistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatır
08 iyun 2011 11:08 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyət müddəti başa çatır

İyunun 7-də xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidi ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Əbdül Həmid səfir kimi çalışdığı dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini, Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlıq etdiyini söyləyib.

Elmar Məmmədyarov Əbdül Həmidə gələcək işlərində müvəffəqiyyət arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar