“Azərbaycanla əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır”
“Azərbaycanla əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır”.
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov birgə keçirdiyi brifinqdə çıxış edib. “Biz ikitərfli, regional və hətta qlobal məsələlərə dair birgə işləyirik. Münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik”, - deyə H. Klinton bildirib.
Dövlət katibi ABŞ-ın Dağlıq Qarabağda uzun müddət davam edən münaqişəyə son qoyulması üçün Minsk Qrupu çərçivəsində fəaliyyətini davam etdirmək əzmində olduğunu da vurğulayıb.
Öz növbəsində, Elmar Məmmədyarov qeyd edib ki, hazırda ABŞ-Azərbaycan münasibətləri kifayət qədər yaxşı inkişaf edir, bu əlaqələr strateji səciyyə daşıyır: “Təbii ki, biz əməkdaşlığımızı daha da inkişaf etdirməliyik. Bölgədə sabitliyi bərqərar etmək, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözüm səylərinə görə ABŞ-a minnətdarıq. Bu yaxınlarda prezidentlərin bəyanatı olub və mən inanıram ki, bu bəyanat həllini tapmamış bu münaqişənin beynəlxalq birliyin diqqət mərkəzində olması üçün faydalı addımdır. Biz hamımız sıçrayışa nail olmaq üçün daha əzmkar işləməliyik”.
Azərbaycan Xarici İşlər Nazirliyi də E. Məmmədyarovun H. Klintonla görüşü haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, H. Klinton Azərbaycana terrorizmlə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri, xüsusilə enerji sahəsindəki əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikir mübadiləsi aparılıb.

381