Qənirə Paşayeva müxtəlif ölkələrin xanım nazirləri ilə görüşüb
İsrailin Hayfa şəhərində “Eli, Texnologiya və İnnovasiya: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili Qənirə Paşayevanın konfrans çərçivəsində görüşləri davam edir.
Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, o, Ekvadorun Dövlət naziri Saskia Natali Selu Suaresin rəhbərlik etdiyi nümayəndə heyəti, Butanın təhsil naziri Pema Dema, Maldivinin kənd təsərrüfatı naziri Şafia Aminat, Keniyanın ali təhsil naziri Hellen Jepkomoi Sambilinin başçılıq etdiyi nümayəndə heyəti, Argentinada Neuyuen hökumətinin vitse-qubernatoru Ana Maria Peçen, UNİCEF-in rəsmi nümayəndəsi Malinka Koparanova, Şri-Lankanın Kolombo Universitetinin vitse-prezidenti, professor Kşanika Hirimbureqama, Mexiko Universitetininin departament direktoru, professor Marsia Hiriart, Yaponiyanın Kobe Universitetinin departament direktoru, professor Roumiana Tsenkova və İspaniyanın Elm və İnnovasiya Nazirliyinin departament direktoru İnes Sançes de Madariaqa ilə görüşüb.
Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarında qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə danışıb. O, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə də məlumat verib.
Qənirə Paşayeva deyib ki, Ermənistan bu gün də atəşgah rejimini pozur, işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərdən mülki insanlara, qadınlara, uşaqlara atəş açılır. Qnəirə Paşayeva vurğulayıb ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib. Müxtəlif ölkələrdən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri, nazir və alim xanımlar Azərbaycanla bağlı ətraflı məlumatların və onlara təqdim edilən materialların onlar üçün vacib və əhəmiyyətli olduğunu, öz fəaliyyətlərində onlara diqqət yetirəcəklərini bildiriblər. Millət vəkili görüşün sonunda onları Azərbaycana dəvət edib.

475