Hərbi paradda yerli silahlar da nümayiş etdiriləcək – SİYAHI
APA-nın məlumatına görə, paradda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş silah və texnikalar xüsusi təqdimatla keçəcək. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, paradda hərbi texnika keçidində MSN-in Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi 6 və ya 8 ədəd «Matador» və «Marauder» tipli (3 və ya 4 «Matador» və eyni sayda «Marauder») minaya qarşı qorumalı transportyor tribunanın önündən keçid edəcək. Bu texnikalar Azərbaycanın istehsal etdiyi silahlarla silahlandırılıb. Paradda keçid zamanı texnikaların texniki-taktiki xüsusiyyətləri barədə məlumat veriləcək.
Bundan başqa, avtomobillərin yedəyində və ya üzərində MSN tərəfindən istehsal olunmuş 107 mm çaplı reaktiv yaylım atəş sistemi (raket buraxılış qurğusu) təqdim olunacaq.
Paradda, həmçinin «Land Rover» və digər heyət daşıyan maşınların üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış «İstiqlal» snayper tüfəngi, pulemyotlarla silahlanmış əsgərlərin keçidi nəzərdə tutulur.
Avtomobillərin üzərində yerli müəssisələrdə istehsal olunan 60 mm çaplı «Kommando» tipli minaatanlar və 82 mm çaplı minaatanlar («Aşırım-5») da nümayiş etdiriləcək.
Bundan başqa, parada iştirak edəcək şəxsi heyətin bir bölüyünün Azərbaycan istehsalı olan AK-74M markalı avtomatlarla silahlanması nəzərdə tutulur.
Paradda Azərbaycanın «Azad Systems» şirkətinin İsrail şirkəti ilə birgə istehsal etdiyi pilotsuz aparatların və modernləşdirilmiş BTR transportyorların keçidi də planlaşdırılır.

Oxşar yazılar

Əfv Komissiyasının daha bir iclası keçirildi
12 mart 2025 , 17:02
Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
10 mart 2025 , 21:07
Bako Sahakyan: Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub
10 mart 2025 , 21:00
Trampın keçmiş müşaviri Putinin ABŞ prezidentindən necə istifadə etdiyini AÇIQLADI
10 mart 2025 , 19:05
Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşüb
10 mart 2025 , 12:53
Göyərçinlərdən istifadə edən Avropanın son ordusu - Maraqlı fakt
8 mart 2025 , 17:20
Etibar Süleymanov ölkədən necə qaçıb? - DTX bütün planları İFŞA ETDİ
7 mart 2025 , 17:11