Abdulla Gülün dayısı: “Onun prezident olacağı ağlımıza da gəlməzdi” - MÜSAHİBƏ
02 iyun 2011 13:46 (UTC +04:00)

Abdulla Gülün dayısı: “Onun prezident olacağı ağlımıza da gəlməzdi” - MÜSAHİBƏ

- Bu, Azərbaycana neçənci səfərinizdir?

- Bu, mənim Azərbaycana üçüncü səfərimdir. İlk dəfə 2004-cü ildə “Xəzər şeir axşamları” tədbirinə qatılmışdım. İkinci dəfə 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin 75-ci ildönümü ilə bağlı tədbirə gəlmişdim. Həmin vaxt mənim də 75 yaşım tamam olurdu. Bu dəfə isə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) 15-ci “Türk dünyasına xidmət” mükafatının təqdimatı ilə bağlı gəlmişəm. Mən həm də TÜRKSAV-ın mətbuat müşaviriyəm. Onu da deyim ki, hörmətli səfir Hulusi Kılıc, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bizim yaxın dostumuzdur.


- Maraqlıdır, bacınız oğlu Türkiyə prezidenti Abdulla Gülün təmsil olunduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüsünüzmü?

- Mən siyasətə 1960-cı illərdə gəldim. 1969-cu ildə Kayseridən millət vəkilliyinə namizəd oldum. Namizədliyim Ədalət Partiyasından irəli sürülmüşdü. O vaxtkı seçim sistemi ilə bağlı namizədliyim uğurlu olmadı, yəni seçilə bilmədim. Ondan bu yana özümü ədəbiyyat sahəsinə verdim. 20 kitabım çap olunub. Onlardan 5-i şeir, qalanı araşdırma kitablarıdır. Siyasətdən kənardayam, AKP-nin üzvü də deyiləm. Amma simpatiyamız təbii ki, AKP-yədir. Abdullah Gül mənim bacımın oğludur. Ancaq o da prezident kimi daxili siyasi proseslərə qarışmır.

- Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkilərdən nə gözləyirsiniz? AKP yenə də qalib gələ biləcəkmi?

- Bütün sorğular AKP-nin birinci partiya olduğu göstərir. Anket sorğularına görə, AKP 45-50 faiz səs alacağı gözlənilir. Əgər Milliyyətçi Hərəkat Partiyası (MHP) tələb olunan 10 faizlik səsi yığa bilməsə, təbii ki, AKP-nin millət vəkillərinin də sayı artacaq.

- MHP demişkən, bu partiyanın namizədlərindən bir qisminin gizli çəkilmiş görüntüləri yayımlandı. Bu məsələdə AKP hökumətini günahlandıran iddialar barədə nə demək istərdiniz?

- Hökumətin nə kasetlərlə, nə də “Ergenekon”la hökumətin əlaqəsi ola bilməz. “Ergenekon” hüquq-mühafizə orqanlarının məşğul olduğu bir mövzudur. Siyasətçilərə aid kasetlərin yayılması haradan qaynaqlanır, bu, əlbəttə ki, tapılacaq. Hökumətin bununla bağlı nə isə kiçik bir əlaqəsi də olsaydı, bu, üzə çıxardı.

- Abdulla Gülün uşaqlığı barədə soruşmaq istərdik. Gələcək prezidentin uşaqlığı necə keçib? O dəcəl deyildi ki?

- Abdulla Gül mənim bacım oğlu olmaqla yanaşı, onun həm də orta məktəbdə qəyyumu mən olmuşam. Həmin zamanlardan etibarən onun ədəbiyyata, mədəniyyətə, tarixə böyük marağı var idi. Bütün müəllimləri də Abdullanı bu uğurlarına görə məni təbrik etməyə gəlirdilər. Universitet illərində onun sadaladığım maraqlarını daha da genişləndirdi. Uşaqlığının sakit keçib-keçməməsinə gəlincə, indi necədirsə, uşaq vaxtı da elə idi. Çox sakit, şıltaqlıq etməyən uşaq idi. Ancaq onun haqqında “özünə qapalı uşaq idi” demək də düzgün olmazdı. Çox bacarıqlı bir şagird idi.

- Onun böyüyüb prezident olacağını təsəvvür edirdinizmi?

- Abdulla universitet illərində Türkiyə Tələbələr Birliyinin üzvü idi, hətta rəhbərlikdə də təmsil olundu. Bir ara Nəcib Fazilin Fikir Klubunda da toplanırdılar. O illərdə siyasət tərəfə meyli hiss edilirdi. Amma onun prezident olacağı heç ağlımıza gəlməzdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar