Azərbaycan Türkiyəyə seçki müşahidəçiləri göndərəcəkmi?
Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibi Əli Əhmədov deyib. O bildirib ki, Türkiyənin hakim partiyası olan AKP ilə YAP-ın çox mehriban əməkdaşlıq münasibətləri var, bununla belə, Türkiyə cəmiyyəti hansı siyasi partiyanı iqtidar edərsə, onunla da işləməyə hazırdırlar: “Ancaq bir məsələ həqiqətdir ki, AKP iqtidarı dövründə Türkiyənin inkişafı göz önündədir, iqtisadiyyatı dünyanın ən nəhəng dövlətləri səviyyəsindədir. Bütün bunlar da AKP-nin rolu danılmazdır”.
Qeyd edək ki, iyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Anketlərə görə, hazırkı iqtidar partiyası öndə gedir.
Anar GƏRAYLI
Qeyd edək ki, iyunun 12-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Anketlərə görə, hazırkı iqtidar partiyası öndə gedir.
Anar GƏRAYLI
381